DYP hava şəraiti ilə bağlı sürücülərə   XƏBƏRDARLIQ ETDİ

saytların hazırlanması

Evə çatdırılma

DYP hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ ETDİ

Hadisə

14 Yanvar 2026 09:49 410


Hazırda ölkənin bir neçə ərazilərdə, xüsusi ilə Abşeron yarımadasında  güclü, arabir şiddətlənən külək, eləcə də müxtəlif intensivlikdə yağıntılar müşahidə olunur. Mövcud hava şəraiti yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərir və əlavə risklər yaradır.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar yol polisi bir daha bütün yol hərəkəti iştirakçılarını son dərəcə diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməyə çağırır. Sezar pizza

Xüsusilə aşağıdakı hallara diqqət etmək vacibdir:

- hava və yol şəraitinə uyğun təhlükəsiz sürət rejiminə riayət edilsin;

- nəqliyyat vasitələri arasında məsafə və yan interval qorunsun;

- manevr zamanı, xüsusilə güclü külək və sürüşkən yol şəraitində ehtiyatlı davranılsın;

- işıqlandırma cihazlarından düzgün istifadə edilsin.

“Eyni zamanda bildiririk ki, belə hava şəraitində piyadalar daha həssas vəziyyətdə olurlar. Sürücülərdən piyada keçidlərinə, ictimai nəqliyyat dayanacaqlarına və yaşayış məntəqələrinə yaxın ərazilərdə xüsusi diqqət tələb olunur. Yolun su yığılan hissələrindən keçərkən piyadaların üzərinə su sıçratmaq yolverilməzdir və bu cür davranış təhlükə yaradır.

Yol polisi bütün yol hərəkəti iştirakçılarını qarşılıqlı hörmətə, məsuliyyətə və ehtiyatlılığa çağırır. Qaydalara əməl olunması və diqqətli davranış çətin hava şəraitində yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında vacib amildir”, - DYP-dən qeyd olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!