DYP rayonlardan qayıdan sürücülərə müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

DYP rayonlardan qayıdan sürücülərə müraciət etdi

Sosial

11 Noyabr 2025 11:28 370


Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə İdarədən məlumat verilib.

Bildirilib ki, bayramlarla əlaqəli qeyri-iş günlərində bölgələrə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə yollarında hərəkət intensivliyi artacaqdır. Dominos pizza

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək tətil günlərinin xoş əhvali-ruhiyyə ilə başa çatması üçün təhlükəsizlik qaydalarına əməl etməyi, mümkün qədər günün işıqlı vaxtı yola çıxmağı, yorğun, yuxusuz sükan arxasına əyləşməməyi xahiş edir:

"Xüsusilə, sürücüləri yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə çağırırıq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!