DYP rəsmisi  Sumqayıtdakı qəzayla bağlı danışdı

saytların hazırlanması

Evə çatdırılma

DYP rəsmisi Sumqayıtdakı qəzayla bağlı danışdı

Kriminal

22 Fevral 2019 17:08 966


Ötən gün Sumqayıtda baş verən avtobus qəzası ilə bağlı rəsmi açıqlama yayılıb.

DİN-in Baş DYP İdarəsinin şöbə rəisi Rüfət Quliyev "Yeni Sabah"a bildirib ki, 21 fevralda saat 17:00 radələrində Sumqayıt şəhəri, Məşədi Əzizbəyov və Nizami küçələrin kəsişməsində “Toyota Prado” markalı, 10-BN-023 dövlət qeydiyyat nişanlı avtomobil 30 saylı marşrut xətti üzrə hərəkətdə olan “AKİA” markalı, 50-AE-676 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub və nəticəsində avtobus yoldan çıxaraq yaşayış binasının divarına dəyib.

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xidmətindən verilən məlumata əsasən, xəstəxanaya aparılmış 31 nəfər sərnişindən 13-də xəsarət olmadığı üçün onlar evə buraxılıb, 6 nəfər reanimasiyaya yerləşdirilib, 12 nəfəri isə stasionara qəbul olunub. Dominos pizza

Bu gün reanimasiya şöbəsində olan xəstələr artıq palatalara köçürülmüş, palatada müalicə alan 12 nəfərdən 11-nin isə gün ərzində evə buraxılacaqları gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!