DYP: Səssiz və sürətli hərəkət onları piyadalar üçün riskli edir

saytların hazırlanması

Evə çatdırılma

DYP: Səssiz və sürətli hərəkət onları piyadalar üçün riskli edir

Sosial

09 İyul 2025 10:17 198


Bakı şəhərində Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər çərçivəsində 278 skuter, moped və velosiped sürücüsü ilə izahedici söhbətlər aparılıb.

Yenisabah.az xəbər verir ki, tədbirin məqsədi bu nəqliyyat vasitələrindən istifadə edən şəxsləri yol hərəkəti qaydalarına əməl etməyə təşviq etmək, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməkdir.

Səssiz və sürətli hərəkət bu nəqliyyat vasitələrini piyadalar üçün riskli edir. Ona görə də vətəndaşlar velosiped zolaqlarından düzgün istifadə etməli, piyada səkilərində sürməkdən çəkinilməlidir, qoruyucu dəbilqə və digər təhlükəsizlik vasitələrindən istifadəyə diqqətlə yanaşmalıdır. pizza hut

DYP bir daha bütün yol hərəkəti iştirakçılarını məsuliyyətli olmağa, qaydalara riayət etməyə və təhlükəsizliyi ön planda tutmağa çağırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!