DYP sürücüləri təhlükəsizlik kameraları ilə cərimələyir? -   Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

DYP sürücüləri təhlükəsizlik kameraları ilə cərimələyir? - Rəsmi açıqlama

Sosial

02 Aprel 2020 18:34 1666


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) xüsusi karantin rejimi dövründə nəqliyyat vasitələrinə təhlükəsizlik kameraları vasitəsi ilə cərimə tədbiq edilməsinə dair yayılan məlumatlara münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev APA-nın sorğusuna cavabında bildirib ki, sosial şəbəkələrdə guya şəhərdə hərəkətdə olan avtonəqliyyat vasitələrinə kameralar vasitəsi ilə cərimə tətbiq edilməsi barədə yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir: "Xüsusi karantin rejimi dövründə hərəkətdə olan nəqliyyat vasitləri Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılır. Araşdırma aparılır, əgər həmin avtomobili idarə edən şəxs zərurət yaranmadan yola çıxıbsa onlar 100 manat dəyərində cərimə edilirlər”. 

Qeyd edək ki, sosial şəbəkələrdə hərəkətdə olan avtonəqliyyat vasitələrinə kameralar vasitəsilə cərimə tətbiq edilməsi dair məlumatlar yayılıb.  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!