E-sosial.az portalına 13 milyon 200 min baxış olub

saytların hazırlanması

Evə çatdırılma

E-sosial.az portalına 13 milyon 200 min baxış olub

Sosial

10 Aprel 2020 16:45 1946


“"Nazirliyin e-sosial.az portalından 1 günlük istifadə sayı ötən bir ilin göstəricisindən yüksəkdir". 

Yenisabah.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov deyib.

Fazil Talıbov bildirib ki, vətəndaşların pensiya, müavinət, təqaüd, digər sosial ödənişlər, məşğulluq, əlillik və əmək münasibətləri üzrə müraciətləri artıb. Belə ki, portaldan təkcə 1-9 apreldə 13 milyon 200 min baxış-istifadə var. Bu isə bir günə 1 milyon 460 min baxış-istifadə deməkdir. Sezar pizza

Fazil Talıbov qeyd edib ki, 2019-cu il ərzində e-sosial.az-dan baxış-istifadə sayı 1 milyon 300 min olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!