EBRD-nin Azərbaycan üzrə investisiyaları azalıb

saytların hazırlanması

Evə çatdırılma

EBRD-nin Azərbaycan üzrə investisiyaları azalıb

İqtisadiyyat

24 Avqust 2023 09:35 1115


Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı aktiv portfelinin həcmi bu il iyulun 31-nə 787 mln. avroya kimi (ödənilməmiş öhdəliklər daxil olmaqla) azalıb. Bu rəqəm bank tərəfindən təqdim edilən əvvəlki göstərici ilə müqayisədə 3,2% və ya 26 mln. avro azdır. İcra edilən aktiv layihələrin sayı isə 34-dən 31-ə enib.

Bu barədə "Yeni Sabah" EBRD-yə istinadən xəbər verir.

Məlumata görə, portfelin 88%-ni (692 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 9%-ni (67 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 3%-ni (28 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 2,8% azalaraq 685 mln. avro təşkil edib. Sezar pizza

Beləliklə, EBRD bu günədək Azərbaycana 188 layihə çərçivəsində 3,484 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 86,3 %-i (3,007 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 12%-i özəl sektorun payına düşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!