“Əbu-Bəkr“ məscidinin adı dəyişdi 

saytların hazırlanması

Evə çatdırılma

“Əbu-Bəkr“ məscidinin adı dəyişdi 

Maraqlı

29 İyul 2022 13:07 1108


Bakının Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsində yerləşən "Əbu-Bəkr" məscidində yenidən bərpa-gücləndirmə işləri aparılacaq. 

"Report"un əldə etdiyi məlumata görə, hazırda məsciddə ötən il start verilən bərpa-gücləndirmə işləri davam etdirilir.

Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC bərpa-gücləndirmə işlərinə dair layihə smeta sənədlərinin hazırlanması ilə əlaqədar yenidən tender elan edib. pizza mizza

Tenderə uyğun olaraq, ibadət ocağında hazırda həyata keçirilən işlərin davamı kimi yenidən bərpa-gücləndirmə işlərinə başlanılacaq. Bütün işlər tam yekunlaşandan sonra isə məscid "Cümə məscidi" adı ilə fəaliyyət göstərəcək. İşlərin nə zaman yekunlaşacağı hələ məlum deyil.

Xatırladaq ki, ötən il məsciddə bərpa-gücləndirmə işlərinin aparılması üçün 2 881,728 min manatlıq satınalma müqaviləsi imzalanıb. Məlumata görə, artıq həmin məbləğ müqabilində həyata keçirilən işlər yekunlaşmaq üzrədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!