Fevralın 28-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Startap layihələrinin dəstəklənməsi və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi” mövzusunda Konfrans keçirilib.
“Yeni Sabah” xəbər verir ki, konfransda müvafiq dövlət qurumlarının, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının, startap layihələrinin dəstəklənməsi ilə birbaşa əlaqədar olan qurumların nümayəndələri, iş adamları və gənc startapçılar iştirak edib.
Tədbirdə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov diqqətə çatdırıb ki, gənclərin sosial-iqtisadi həyatda daha fəal iştirakının stimullaşdırılması onların innovativ yanaşmalar və biliklər əldə etməsini şərtləndirir. Vurğulanıb ki, korporativ sosial məsuliyyət prinsipinə uyğun olaraq gənclərin müəlliflik etdiyi startapların dəstəklənməsi istiqamətində işlər aparılır. Sahib Məmmədov bu istiqamətdə təşkil ediləcək müsabiqə barədə də ətraflı məlumat verib və startapların daha geniş şəkildə təşviq ediləcəyini vurğulayıb. pizza
Tədbirdə diqqətə çatdırılıb ki, yaxın vaxtlarda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda “Sahibkarlara Xidmət Mərkəzi” və “Biznes İnkubasiya Mərkəzi” fəaliyyətə başlayacaq. Bu mərkəzlər sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi, onların maarifrləndirilməsi, əməkdaşlıq əlaqələrinin inkişafı, startapların dəstəklənməsində əhəmiyyətli olacaq.
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin 1-ci müavini Natiq Həsənov ölkədə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafı məqsədilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyəti barədə məlumat verərək Agentliyin hazırda regionlarda fəaliyyət göstərən “KOB Dostu” vasitəsilə sahibkarlara məsləhət, informasiya və digər xidmətlər göstərdiyini, müxtəlif dəstək mexanizmlərinin, eləcə də “KOB evi”nin yaradılması, ölkə regionları üzrə “KOB Dostu” şəbəkəsinin genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini qeyd edib.
Tədbirdə startapçılar yeni layihələrini təqdim ediblər.
Telegram kanalımız