Əbülfəs Qarayev Mextildlə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Əbülfəs Qarayev Mextildlə görüşdü

Sosial

27 Mart 2019 14:34 848


26 martda mədəniyyət naziri Əbülfəs Qarayev Parisə səfəri çərçivəsində YUNESKO-nun Ümumdünya İrs Komitəsinin direktoru xanım Mextild Rosslerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

"Yeni Sabah" xəbər verir ki, görüş zamanı Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının sədri qismində çıxış edən Əbülfəs Qarayev ölkəmizdə sözügedən mötəbər tədbir ilə əlaqədar aparılan hazırlıq işləri ilə bağlı qarşı tərəfə ətraflı məlumat verib və İrs Komitəsinin Bakıda keçiriləcək 43-cü sessiyasının yüksək səviyyədə təşkil ediləcəyi ilə bağlı əminliyini ifadə edib.

Qeyd edək ki, YUNESKO-nun ən mötəbər qurumlarından biri olan Ümumdünya İrs Komitəsinin iclasları zamanı Ümumdünya İrs Siyahısına yeni mədəni və təbii abidələrin daxil edilməsi, eləcə də artıq bu siyahıda yer alan abidələrin mühafizəsinin gücləndirilməsi məsələləri müzakirə edilir. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!