Əbülfəs Qarayevin “cəngəlliyi” üzə çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Əbülfəs Qarayevin “cəngəlliyi” üzə çıxdı

Kriminal

18 May 2020 13:27 4413


Mədəniyyət naziri Əbülfəs Qarayevə aid olduğu iddia edilən yeni şirkətinin adı açıqlanıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Almaniyada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat verib. 

Jurnalist bildirib ki, Əbülfəs Qarayev RİMBA S.A şirkətini sabiq deputat Hüseynbala Mirələmovla birlikdə açıb:  pizza mizza

"Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəz Qarayev topladığı pulların bir qismini Hüseynbala Mirələmovla Panamada şərik açdığı “Rimba S.A.” şirkətinə ötürüb.

Məlum olan korrupsiya faktları:

1. İrəvan Dövlət Dram Teatrı ilə bağlı layihə - 900 min manat;

2. Aşıq Hüseyn Bozalqanlının Ev Muzeyi və Tovuz Mədəniyyət Evi ilə bağlı layihə - 751 min manat.

3. Hər ay musiqi məktəblərindən çatan vəsait - Əvvəlcə, ayda 9 min, daha sonra 11 min manat;

4. Ay ərzində 15 idarədən yığılan məbləğ - 60 min manat;

5. Şirkətlərin qaytardığı ("otkat”) vəsait - 290 min manat;

6. Rayonlarda aparılan təmir işləri ilə əlaqədar ayrılan vəsait - 1 milyon 500 min manat.

Şirkətin adına gəlincə, "Rimba” malayziyalıların dilində "cəngəllik", mədəniyyətdən, gözdən-könüldən uzaq dərin meşəlik deməkdir".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!