Əbülfəs Qarayevlə Elçin Quliyevə Britaniyada cinayət işi açılıb   - Şok təfərrüat

saytların hazırlanması

Evə çatdırılma

Əbülfəs Qarayevlə Elçin Quliyevə Britaniyada cinayət işi açılıb - Şok təfərrüat

Siyasət

24 May 2020 12:53 7587


Azərbaycanın iki məşhur şəxsinin – sabiq Mədəniyyət naziri Əbülfəs Qarayev və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin “vurulmasının” şok detalları üzə çıxıb.

Yenisabah.az Gununsesi.org-a istinadən xəbər verir ki, hər iki şəxs Azərbaycandan külli miqdarda pulu Böyük Britaniyaya çıxarıb.

Britaniyanın Milli Cinayət Agentliyi bu vəsaitlərin oğurluq olmasından şübhələndiyi üşün Azərbaycan hökumətinə sorğu verib. Dördpendirli pizza

Məsələ ilə bağlı  Britaniyanın  “Evening Standard” qəzeti araşdırma aparıb. Qəzetin yazdığına görə, hazırda  məhkəmə subyekti olan korrupsiya hadisəsi Azərbaycanın keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev və onun oğurluq vəsaitlərini idarə edən həyat yoldaşına aiddir.

Eyni məzmunlu araşdırma DSX  rəisi və onun həyat yoldaşı haqqında da başlayıb.

Görünür, hər iki şəxsin bu qanunsuz əməllərindən ölkə rəhbərliyi xəbər tutduğundan onların “qələmini sındırıb”.

Gununsesi.org-un araşdırması zamanı isə bəlli olub ki, Azərbaycan hökuməti Britaniyaya çıxarılan vəsaitlərin büdcəyə qaytarılması üçün çalışır.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!