Əbülfəz Elçibəyin vəfatından 20 il ötür

saytların hazırlanması

Evə çatdırılma

Əbülfəz Elçibəyin vəfatından 20 il ötür

Siyasət

22 Avqust 2020 00:05 1951


Milli azadlıq hərəkatının lideri, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin vəfatından 20 il keçir.

Yenisabah.az xəbər verir ki, Ə. Elçibəy 2000-ci il avqustun 22-də müalicə olunduğu Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib.

Ə. Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. Marqarita pizza

1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Azərbaycanda başlayan xalq hərəkatının liderlərindən, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan biri və ilk sədri olub.

1992-ci ildə prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan qiyam nəticəsində Bakını tərk edərək Kələkiyə gedib. Milli Məclisin qərarı ilə səlahiyyətləri ləğv edilən Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib.

Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də vəfat edən Əbülfəz Elçibəy Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!