Əcnəbilər Ukrayna ordusunda zabit kimi xidmət edə biləcək

saytların hazırlanması

Evə çatdırılma

Əcnəbilər Ukrayna ordusunda zabit kimi xidmət edə biləcək

Dünya

26 Oktyabr 2024 23:36 1081


Ukrayna Prezidenti Volodimir Zelenski əcnəbilərin ölkə ordusunda komandanlıq vəzifələrində xidmət etməsinə icazə verən qanunu imzalayıb.

“Report” xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.

Bundan əvvəl, oktyabrın 10-da Ali Radanın deputatları əcnəbilərin müqavilə əsasında hərbi xidmət keçməsi qaydası haqqında qanunu təsdiqləyiblər. pizza

Bu, başqa dövlətlərin vətəndaşlarını təkcə sıravi və çavuş kimi deyil, həm də zabit kimi cəlb etməyə imkan verir.

Parlamentin milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin sədr müavini Yeqor Çernev Ukrayna Silahlı Qüvvələrinin komandanlıq heyətinin komplektləşdirilməsində çətinlikləri etiraf edib və bildirib ki, boşluqları təqaüdə çıxmış Qərb hərbçilərinin köməyi ilə doldurmaq mümkündür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!