Əcnəbilərin şikayət etdiyi stadionun ot örtüyü yenilənir

saytların hazırlanması

Evə çatdırılma

Əcnəbilərin şikayət etdiyi stadionun ot örtüyü yenilənir

İdman

08 Sentyabr 2021 15:17 1235


“Qarabağ” Konfrans Liqasının qrup mərhələsində “Kayrat” (Qazaxıstan) və “Omoniya” (Kipr) ilə ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə açıqlama verib. O, Tofiq Bəhramov adına Respublika Stadionunda ot örtüyünün bərpası ilə bağlı işlər getdiyini və arenanın sözügedən matçlaradək hazır olacağını bildirib:

“Hazırda stadionda işlər gedir. Biz UEFA-ya müraciət etmişdik ki, ilk ev oyunumuzu sentyabrın 16-sı yox, 30-u keçirək. Həmin vaxtadək stadion hazır olardı. Sadəcə UEFA təqvimdə güzəştə getmədi. Nəticədə biz qrupdakı ilk oyunumuzu evdə keçirməli olduq. Amma əminik ki, ilk matçadək - “Bazel”lə görüşədək hazır olmasa da, sonrakı ev oyunlarınadək Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü ideala yaxın vəziyyətə gətiriləcək. Arenadakı işlər davam edir. Oktyabrdakı ev oyunumuza qədər stadion yaxşı durumda olacaq. Artıq UEFA-dan da bizə məktub gəlib. 2-ci və 3-cü ev oyunumuzu Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcəyik”. pizza sifarişi

Qeyd edək ki, məhz sözügedən arenanın ot örtüyünün bərbad olması səbəbindən “Qarabağ” sentyabrın 16-sı “Bazel”lə matçını Bakı Olimpiya Stadionunda keçirəcək. (qol.az)

Qeyd edək ki, “Qarabağ” evdə “Kayrat”la oktyabrın 21-i, “Omoniya” ilə isə noyabrın 25-i qarşılaşacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!