Ədalət Şükürov narazılıq etdi: “Bunun çox böyük fəsadları olacaq“

saytların hazırlanması

Evə çatdırılma

Ədalət Şükürov narazılıq etdi: “Bunun çox böyük fəsadları olacaq“

Şou

09 Mart 2021 14:35 1741


Azərbaycanda ötən ilin mart ayından bəri karantin rejiminin tətbiqi ilə idman və fitnes zallarının fəaliyyəti məhdudlaşdırılıb, eləcə də qapalı məkanlarda idman tədbirlərinin keçirilməsi yasaqlanıb.

Sərt karantin rejiminin qismən yumşaldılması zamanı bir çox iaşə obyektləri açılsa da, idman zallarının fəaliyyətinə hələ də icazə verilməyib.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Ədalət Şükürov bununla bağlı qərarın dəyişməsinin vacibliyini vurğulayıb. Dominos pizza

Hər zaman idmana vaxt ayıran sənətçi qeyd edib ki, idman zallarının bağlı qalması tək onları işlədən sahibkarlara, adi vətəndaşlara deyil, həm də professional idmanla məşğul olan insanlara mənfi təsir göstərib:

“Mən çox təəssüf edirəm. Təəssüflər olsun ki, artıq bir ildir idmançılarımız idmanla məşğul ola bilmirlər. Bunun çox böyük fəsadları olacaq. İkincisi, idman zallarından maksimum on nəfər məsafə saxlayaraq bir-birindən aralı idman edir. Niyə olmaz, mən başa düşə bilmirəm. Fikrimcə, idman zalları mütləq açılmalıdır”.

Kikboksinq Federasiyası Sumqayıt Regional Klubunun prezidenti olan müğənni oradakı vəziyyət haqqında da danışıb

“Mən həmçinin kikboksinq federasiyasındayam. Bizdə 1100 nəfərə yaxın idmançı var. Orada balaca uşaqlardan tutmuş, dünya çempionlarına qədər hər kəs məşq edirdi. Əfsuslar olsun ki, onlar da artıq bir ildir ki, məşq edə bilmir. Buna görə düşünürəm ki, zallar mütləq açılmalıdır”.

Ə.Şükürov bir ildir idman zalına gedə bilməsə də mütləq məşq etdiyini qeyd edib: “Evdə olsam da məşqsiz qalmıram. Hərdən Bulvara çıxıb gəzirəm, ya da velosiped sürürəm”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!