“Ədalətsizliklər buna imkan vermir” – Əli Əhmədov 

saytların hazırlanması

Evə çatdırılma

“Ədalətsizliklər buna imkan vermir” – Əli Əhmədov 

Sosial

21 İyun 2019 06:48 1026


Bəşəriyyət inkişaf etdikcə, təəssüflər olsun ki, biz dünyada qaçqın və məcburi köçkünlərin sayının artmasını görürük.

“Yenmi Sabah” xəbər verir ki,  bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib: "Bu bizim hər birimizi düşündürməli olan problemdir. Bu gün dünyada demokratik dəyərlər haqqında 100 il bundan əvvəlkindən çox danışılır, ancaq dünyada qaçqınların sayı artmaqdadır". Pepperoni pizza

Baş nazirin müavini bildirib ki, dünyanın malik olduğu sərvətlər bütün insanların firavan yaşaması üçün yetərlidir, lakin dünyada baş verən ədalətsizliklər buna imkan vermir.

Ə.Əhmədov vurğulayıb ki, gərək dünya səylərini birləşdirib qaçqın və məcburi köçkünlərin sayının artmasının qarşısını alsın.

Onun sözlərinə görə, Azərbaycan qaçqın və məcburi köçkün problemindən ən çox əziyyət çəkən ölkələrdən biridir.

Trend

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!