Edillidə kütləvi məzarlıq: Avropa Məhkəməsinə müraciət edildi

saytların hazırlanması

Evə çatdırılma

Edillidə kütləvi məzarlıq: Avropa Məhkəməsinə müraciət edildi

Maraqlı

19 Oktyabr 2022 13:30 881


"Azərbaycan Ermənistanın sentyabr ayında sərhəddə törətdiyi təxribatlar və işğaldan azad olunmuş Xocavənd rayonunun Edilli kəndində azərbaycanlılara məxsus kütləvi məzarlığın tapılması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib".

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Ali Məhkəmənin sədrinin müavini Çingiz Əsgərov bildirib.

Onun sözlərinə görə, nəticə barədə danışmaq hələ tezdir: "Amma müvafiq qurumlar məlumatlandırılıb". pizza sifarişi

Qeyd edək ki, işğaldan azad olunmuş Xocavənd rayonunun Edilli kəndində sentyabr ayında daha bir kütləvi məzarlıq tapılmışdı. Məzarlıqda ölümündən əvvəl əlləri və ayaqları məftillə bağlanmış 12 nəfərin meyitinin qalıqları aşkarlanıb. Qalıqların erməni əsirliyində olan zaman qətlə yetirilmiş azərbaycanlı hərbçilərə aid olduğu ehtimal edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!