Binəqədidə icra məmurunun döyülməsi ilə bağlı cinayət işi açıldı - Video

saytların hazırlanması

Evə çatdırılma

Binəqədidə icra məmurunun döyülməsi ilə bağlı cinayət işi açıldı - Video

Kriminal

10 İyun 2021 18:58 1501


İyunun 9-da ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar Ədliyyə Nazirliyinin Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Faiq Əkbərova zor tətbiq edilməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Binəqədi rayon prokurorluğu məlumat yayıb.

Məlumata görə, araşdırma zamanı müəyyən olunmuşdur ki, Binəqədi rayon məhkəməsinin qətnaməsinin icrası ilə əlaqədar mənzildə əmlakın siyahıya alınması zamanı borclu - Bəhruz Camalov icra məmuru Faiq Əkbərova qarşı zorakılıq hərəkətləri tətbiq edilib. pizza mizza

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 288.3-cü (ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edilməsi) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!