Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş mini-futbol turnirinin final oyunu keçirilib.
“Yeni Sabah” xəbər verir ki, həlledici mərhələdə Fövqəladə Hallar Nazirliyinin komandası ilə qarşılaşan Ədliyyə Nazirliyinin komandası gərgin keçən mübarizədə rəqibinə 2-1 hesabı ilə qalib gələrək birinci yerin sahibi olub.
Dövlət qurumları, şirkətlər və müxtəlif təşkilatların 52 komandasının mübarizə apardığı yarışda həmkarlarımızın qələbəsi AFFA və Mini Futbol Federasiyası tərəfindən yüksək qiymətləndirilib və azarkeşlər tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb. Pepperoni pizza
Fəxri kürsünün birinci pilləsində qərarlaşan komandamıza medallar və Çempionluq kuboku təqdim olunub. O cümlədən, komandamızın oyunçusu Ələddin Cəlalov "ən yaxşı qapıçı", Anar İsgəndərov isə "ən yaxşı oyunçu" nominasiyalarında mükafatlara layiq görülüblər.
Telegram kanalımız