“Məsələ mediada öz əksini tapdıqdan sonra İlham Nəsirov axşam saatlarında bizi topladı və bizə, “Sizə iki min manat maaş verəcəm, işləyin” dedi”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında “Bay Construction” şirkəti tərəfindən iş adı altında Efiopiyaya aparılan həmyerlimiz Mehman Mustafayev deyib. O, şirkətin hələ də müqavilə bağlamağa razı olmadığını diqqətə çatdırıb:
“Biz ona, “Bu maaşı rəsmiləşdirin, bizimlə müqavilə bağlayın, ondan sonra biz işləyərik”,- dedik, çünki bizə zəmanət lazımdır. İlham Nəsirov isə bizə zəmanətin özü olduğunu və müqavilə bağlaya bilməyəcəyini deyir. Bir də hələlik yemək verməmək məsələsi aradan qalxıb. Marqarita pizza
Amma bizə əvvəlcədən vəd olunan maaş 1500 dollar idi. Bu adam bizə yalnızca boş vəd verir. Bildirim ki, İlham Nəsirov əslən Masallıdandır, lakin bir müddət Zaqatalada da olub. Biz onun şəklini çəkib paylaşdıq. Tanıyanlar dedilər ki, 2012-ci ildə Zaqatalada zəlzələ olub və 6 200-dən çox ev dağılıb. Dövlət vəsait ayıraraq bir çox şirkəti bu işə cəlb edib və bu şəxs də həmin vaxt hansısa şirkətin yüksək vəzifəli nümayəndəsi olub, dağılan evlərin yerinə yeni evlər tikməsi ilə məşğul olub, elə o zaman da külli miqdarda dövlət vəsaitini mənimsəyib”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız