Efirdə biabırçı müzakirə: “Toydan əvvəl cütlüklər...”   -  VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Efirdə biabırçı müzakirə: “Toydan əvvəl cütlüklər...” - VİDEO

Şou

26 Noyabr 2024 10:50 894


“ARB” televiziyasında yayımlanan “Günü bu gün” verilişində qalmaqal yaşanıb.

Yenisabah.az xəbər verir ki, buna səbəb verilişin aparıcısı Nigar Fərhadın qonaqlara ünvanladığı sual olub. Teleaparıcı soruşub ki, toydan əvvəl cütlüklər yaxınlıq yaşamalıdırmı? Bu sual isə efirdə iştirak edən ekspertlər arasında qalmaqal yaradıb.

Plastik-Rekonstruktiv-Estetik cərrah Mirəzim Zaidov sözügedən məsələyə münasibət bildirərək, buna normal baxdığını açıqlayıb. pizza hut

"Vəfa" Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri, müəllim Fatimə Hacıbəyli isə səsləndirilən fikirlə qətiyyən razılaşmayıb. Beləliklə, ekspertlər arasında mübahisə yaşanıb.

Qeyd edək ki, həmin mövzu sosial şəbəkələrdə də müzakirə edilib və cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri efirdə bu cür məsələlərin müzakirə edilməsini biabırçılıq adlandırıb və aparıcının ünvanına tənqidlər yağdırıblar. 

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!