“Efirdə mələkdir, həyatda şeytan” – Müğənnidən həmkarlarına sərt mesaj

saytların hazırlanması

Evə çatdırılma

“Efirdə mələkdir, həyatda şeytan” – Müğənnidən həmkarlarına sərt mesaj

Şou

15 Dekabr 2023 12:14 916


“Ağıllı olun, kimdə nə yoxdursa, ondan danışır”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri müğənni Canan qonaq olduğu “El canlı” verilişində səsləndirib.

İfaçı həmin sözlərlə onu sevməyən qadın həmkarlarına sərt ismarıc göndərib: Dördpendirli pizza

“Vallah, məni sevməməklərinin səbəbini bilmirəm. Onlara “ağıllı olun” deyə bilərəm, ağıllı olsunlar. Əgər bir müğənni hansısa sənətçini bəyənmirsə, sevmirsə, yəqin ki, səsə görədir, oxuya bilmir. Əslində, başqa bir yerdə kimin nəyi varsa, ondan danışır. Amma bizdə tam əksidir. Kimdə nə yoxdursa, ondan danışır”.

Müğənni bildirib ki, sənət aləmində dostu yoxdur:

“Sənətdə dostum yoxdur, heç olmasın da. Müğənnilər var ki, məni canlı görür, deyirlər ki, TV-də necəsinizsə, həyatda da eləsiniz. Ancaq tanıdıqlarım var ki, məni izləyəndə özünü mələk kimi aparır. Studiyada  mələk olsalar da, həyatda şeytandır. Bir də deyirəm, ağıllı olun!”

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!