Efirdə Şəbnəmi ələ saldılar: “Həcinin hesabına...”   - Video

saytların hazırlanması

Evə çatdırılma

Efirdə Şəbnəmi ələ saldılar: “Həcinin hesabına...” - Video

Şou

26 Yanvar 2024 09:39 610


"Xına məclislərini əldə tutmaq da bir naxışdır. Bunu bacarmışam. Elə bilirsiniz ki, sponsorsuz, daydaysız, "Həcisiz" bura qədər gəlib çıxmaq asandır?"

Yenisabah.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri şairə və qiraətçi Nazilə Səfərli qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.

Nazilənin bu sözlərinə proqramda qonaq qismində iştirak edən müğənni Şəbnəm Tovuzlu gözlənilməz reaksiya verib. Toyuqlu pizza

Nazilə isə üzünü Şəbnəmə tutaraq, "Sən "Həci"nin köməkliyi ilə gəlmisən bu sənətə?" deyə sual verib. Tovuzlu isə ""Yox". Amma hansı müğənni bu sənətə "Həci"nin köməkliyi ilə gəlib? Adını çəkin. Mənim dilim od olub. 10 il əvvəl bir "Həci" sözünü demişəm. Bununla da belə şeyləri yaydılar. Yazıq canım, qoyun, bu söhbətləri kənara" cavabını verib.

Daha sonra şairə fikirlərini belə davam etdirib:

"Mən sponsordan danışıram. Şəbnəm, sən özünü mənim dediklərimə niyə aid edirsən?"

Efirdə yaşanan həmin anları sizə təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!