Əflatun Amaşov da təhdid olunmuşdu...

saytların hazırlanması

Evə çatdırılma

Əflatun Amaşov da təhdid olunmuşdu...

Maraqlı

29 Mart 2023 20:55 1839


Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd, heç şübhəsiz, onun həyatına son qoymağa yönəlmişdi. Bununla bağlı müxtəlif fikirlər var. Əlbəttə, cinayətin qorxutmaq məqsədilə törədildiyi də bildirilir. Hər bir halda diqqətlər İrana yönəlir. Ona görə ki, ölkənin müxtəlif dairələrindən Azərbaycana qarşı təhdidlər var.

Çox uzağa getməyək, təxminən iki ay əvvəl "Xalq qəzeti"nin baş redaktoru hörmətli Əflatun Amaşov rəhbərlik etdiyi qəzetdə gedən bir yazıya görə təhdid edilmişdi. Mən bir balaca araşdırma apardım və müəyyənləşdirdim ki, qəzetin yazısı İranın media orqanlarının birində ölkəmizin rəhbərliyinin təhqirinə qarşı cavab idi. "Xalq qəzeti" nə etməli idi? Cavab verməməliydi?

Eləcə də Azərbaycan mediası İranın anti-Azərbaycan ritorikasına qarşı köklənmiş vəziyyətdədir və bu təbiidir. Necə deyərlər, savaş gedir. Mövcud durumda Azərbaycan ziyalılarına hücum edilir. Fazil Mustafaya qarşı həyata keçirilmiş hərəkət terrordur. Əflatun Amaşovu isə İranın "Hüseynuyun" adlı təşkilatı təhdid etmiş və bildirmişdi ki, qəzet anti-İran fəaliyyətini davam etdirsə, onunla haqq-hesab çürüdüləcək. Marqarita pizza

Göründüyü kimi, çox ciddi proseslər gedir. Mövcud durumda hədəfə gələnlərin isə deputatların, ictimai xadimlərin, o cümlədən, jurnalistlərin olması gözləniləndir. Təcrübə göstərir ki, onlara qarşı cinayət əməli cəmiyyətdə daha böyük rezonans hissi doğurur. Eyni zamanda qorxu hissi. Buna görə hüquq-mühafizə orqanlarımız daha həssas və tədbirli olmalıdırlar. Əminəm ki, onlar üzərilərinə düşən bu məsuliyyəti tam anlayır və fəaliyyətlərini bu anlayışa uyğun qururlar. Amma fərd olaraq biz də öz məsuliyyətimizi dərk etməli və buna uyğun davranmalıyıq.

Seymur VERDİZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!