Əflatun Amaşova yeni vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Əflatun Amaşova yeni vəzifə verildi

Siyasət

15 Oktyabr 2025 11:47 522


Rəsmi dövlət qəzeti “Xalq qəzeti”ndə struktur dəyişikliyi olub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, mətbu orqanda direktor vəzifəsi yaradılıb.

Həmin vəzifəyə qəzetin baş redaktoru Əflatun Amaşov təyinat alıb. pizza mizza

O, bundan sonra “Xalq qəzeti”nin həm direktoru, həm də baş redaktoru vəzifəsini daşıyacaq.

Qeyd edək ki, “Xalq qəzeti”nin təsisçisi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsidir.

Ə.Amaşov 26 aprel 1957-ci ildə Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1985-1994-cü illərdə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AzərTAc-da) müxbir, şöbə müdiri, redaktor, Baş redaktor və Baş direktorun birinci müavini vəzifələrində çalışıb. 2003-cü ildən Mətbuat Şurası İdarə Heyətinin sədridir. V çağırış Milli Məclisin deputatı olub.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!