Əfqan Muxtarlının azadlıqdan - Fotoları

saytların hazırlanması

Evə çatdırılma

Əfqan Muxtarlının azadlıqdan - Fotoları

Sosial

18 Mart 2020 08:09 789


Ötən gün azadlığa çıxan Əfqan Muxtarlı Almaniyaya yollanıb.

“Yeni Sabah” xəbər verir ki, onu hava limanında ailə üzvləri, yaxınları qarşılayıb.

Qeyd edək ki, Ə. Muxtarlıya qarşı 2017-ci ilin mayında Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülmüşdü. O, Balakən rayon Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Martın 17-də isə Suraxanı Rayon Məhkəməsində onun cəzasının qalan hissəsinin azad edilməsi ilə bağlı müraciətə baxılıb. Məhkəmənin qərarı ilə Ə.Muxtarlının cəzasının qalan hissəsi şərti hesab olunaraq azadlığa buraxılıb. /Bakupost pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!