Əfqan qadınlar etiraza başladı - “Geyimimə toxunma“

saytların hazırlanması

Evə çatdırılma

Əfqan qadınlar etiraza başladı - “Geyimimə toxunma“

Dünya

14 Sentyabr 2021 11:01 1642


Son zamanlar bir çox əfqan qadını rəngarəng milli geyimlərlə şəkillərini sosial şəbəkələrdə paylaşır.

Yenisabah.az xəbər verir ki, Əfqanıstan zərif cins nümayəndələri “Geyimimə toxunma”, “Əfqanıstan mədəniyyəti” həştəqləri ilə çoxsaylı paylaşımla diqqəti çəkib.

Onlar “Taliban”ın yeritmək istədiyi şəriət hökmlərinə, xüsusən, burqa taxmaq məcburiyyətinə qarşı çıxıblar. pizza

Hüquqlarının zədələndiyinə etiraz edən qadınlar hərəkətə keçiblər.

Digər tərəfdən, bir neçə gün əvvəl Kabildəki İbn Sina  Universitetində oğlan və qız tələbələrin auditoriyada pərdə ilə ayrılması qlobal mediada etiraz dalğası doğurub.

Sosial mediada bir çox əfqan qadın bu ayrıseçkiliyin Əfqanıstanın ənənələrinə uyğun olmadığını bildirib. 

XP


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!