Jurnalist Əfqan Sadıqov Gürcüstanda saxlanılıb.
Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə onun xanımı Sevinc Sadıqova məlumat yayıb.
Sadıqovun gün ərzində məhkəməyə çıxarılacağı gözlənilir. pizza
Hələlik onun nədə ittiham edildiyi açıqlanmayıb.
Bir müddət əvvəl Ə.Sadıqov barəsində Azərbaycan Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. O, ölkədə olmadığından beynəlxalq axtarışa verilib. Qarşılıqlı əməkdaşlıq müqaviləsinə uyğun olaraq, Əfqan Sadıqovun ölkəyə ekstradisiya edilməsi istənilib. Sonradan gürcü məhkəməsi onu azadlığa buraxıb.
"Azel TV"nin rəhbəri olmuş Ə.Sadıqov əvvəl də hədə-qorxu ilə tələb etməyə görə məhkum olunub.
Telegram kanalımız