“Əfqanıstan ümumi evimizdir“ - “Taliban“ lideri

saytların hazırlanması

Evə çatdırılma

“Əfqanıstan ümumi evimizdir“ - “Taliban“ lideri

Dünya

08 Sentyabr 2021 11:31 1229


"Əfqanıstan hamımızın ümumi evidir".

Yenisabah.az "Təsnim"ə istinadla xəbər verir ki, bunu "Taliban" lideri Mövləvi Heybətullah Axunzadə bildirib.

Əfqanıstanda müvəqqəti hökumətinn elan edilməsindən sonra Axunzadənin bəyanatı yayılıb. Pepperoni pizza

"Taliban" liderinin açıqlamasında müvəqqəti hökumətin qurulması ilə Əfqanıstanın şəriət qanunları ilə idarə olunacağı, ölkənin mənafelərinin qorunacağı, daimi əmin-amanlığın olacağı, rifahın təmin ediləcəyi bildirilib.

Axundzadə qeyd edib ki, "Taliban" bütün qonşu ölkələrlə qarşılıqlı və faydalı əlaqələr qurmaq istəyir.

"Taliban" lideri əlavə edib: "Bütün əfqanlar istisnasız olaraq ölkələrində ləyaqətli və dinc bir həyat sürmək hüququna malikdir. Bütün xarici diplomatları, səfirlikləri, konsulluqları, xeyriyyə təşkilatlarını və investorları əmin edirik ki, onlar üçün heç bir problem olmayacaq, onların iştirakı ölkəmizin ehtiyacıdır, ona görə də işlərini inamla davam etdirməlidirlər. Heç kimlə düşmənçilik istəmirik, Əfqanıstan hər kəsin ortaq evidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!