Əfqanıstanda 10 milyon insan koronavirusa yoluxub

saytların hazırlanması

Evə çatdırılma

Əfqanıstanda 10 milyon insan koronavirusa yoluxub

Dünya

06 Avqust 2020 11:37 1016


Əfqanıstanın Səhiyyə naziri Əhməd Cevad Osmani ölkədə 10 milyon insanın COVID-19-a yoluxduğunun təxmin edildiyini açıqlayıb.

Yenisabah.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Osmani mətbuat konfransında Cons Hopkins Universiteti və Dünya Səhiyyə Təşkilatının dəstəyi ilə ölkə daxilində yeni araşdırma apardıqlarını deyib.

Nazir bildirib ki, tədqiqatın nəticələrinə görə, koronavirusa yoluxanların sayı ölkə əhalisinin 31,5 faizini təşkil edir. O, əksəriyyəti uşaq olmaqla Kabil əhalisinin yarıdan çoxunda bu xəstəliyin olmasının təxmin edildiyini vurğulayıb. pizza sifarişi

Kiçik şəhərlərlə müqayisədə böyük şəhərlərdə COVID-19-a yoluxmanın daha çox olduğunu bildirən Osmani ölkədə epidemiyanın nəzarətdən çıxdığını qeyd edib.

O, koronavirusun ikinci mümkün dalğası barədə əhaliyə xəbərdarlıq edib.

Əfqanıstan Səhiyyə Nazirliyinin məlumatlarına görə, ölkədə bu günə qədər 1 288 adam koronavirusdan həyatını itirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!