“Taliban” Əfqanıstanda qadınların etiraz yürüşünü işıqlandıran 2 jurnalisti tutaraq onlara işgəncə verib.
Yenisabah.az xəbər verir ki, bu barədə “Human Rights Watch” təşkilatı məlumat yayıb.
“Taliban”çıların hücumuna məruz qalan Kabildə nəşr olunan "Ettelaat-e Ruz" qəzetinin əməkdaşları Təqi Dəryabi və Nemət Nəqdidir. Dominos pizza
Ölkənin qabaqcıl qəzetlərindən biri olan "Etilaat Roz"un qurucusu və baş redaktoru Zəki Dəryabi yaralı vəziyyətdə olan 2 həmkarının fotolarını ictimaiyyətlə bölüşüb.
“Jurnalistlərimiz “Taliban” yaraqlılarının vəhşi işgəncələri ucbatından 4 dəfə huşlarını itiriblər. Bu, qəbuledilməzdir. Hücumu həyata keçirən əsgərlərin məsuliyyətə cəlb edilməsini istəyirik”, -deyə Dəryabi qeyd edib.
Telegram kanalımız