Əfqanıstan Prezidenti Əşrəf Qəni mayın 8-də Kabildə məktəbin yaxınlığında baş vermiş partlayışla əlaqədar mayın 11-i milli matəm günü elan edib.
Yenisabah.az xəbər verir ki, Ə. Qəni minimum 63 nəfərin həlak olduğu partlayışı insanlıq əleyhinə cinayət adlandırıb.
Ə. Qəni həlak olanların ailələrinə kompensasiya verilməsi barədə də sərəncam imzalayıb. Eyni zamanda Səhiyyə Nazirliyinə hücum nəticəsində yaralananlara xüsusi diqqətlə yanaşılmasını tapşırıb. pizza
Qeyd edək ki, mayın 8-də Kabildə məktəb yaxınlığında 3 partlayış baş verib. Nəticədə əksəriyyəti şagirdlər olmaqla, 63 nəfər ölüb.
Telegram kanalımız