Əfqanıstanda növbəti partlayış:   4 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Əfqanıstanda növbəti partlayış: 4 nəfər öldü

Dünya

17 İyun 2021 15:55 931


Əfqanıstanın şimalındakı Bəlx əyalətinin Dövlətabad rayonunda bomba yüklənmiş maşınla edilən hücum nəticəsində 4 nəfər ölüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlətabadın icra başçısı Cəlaləddin Karızadə bildirib.

Onun sözlərinə görə, hücum polis idarəsi binasının yaxınlığında baş verib. Hadisə nəticəsində 3 mülki şəxs, 1 polis əməkdaşı ölüb, 1 nəfər yaralanıb. Karızadə partlayış nəticəsində ərazidəki binalara və yaşayış evlərinə ziyan dəydiyini də deyib. pizza

Hücumun məsuliyyətini heç kim üzərinə götürməsə də, rayon başçısı hadisəyə görə “Taliban”ı ittiham edib.

Məlumata görə, son iki ayda “Taliban” 15 rayonda nəzarəti ələ keçirib. (report)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!