“Əfqanıstanın Türkmənistan və Özbəkistanla sərhədyanı şimal vilayətlərində hərbi - siyasi durumun gərginləşməsi ucbatından İmamnazar-Akina sərhəd - keçid məntəqəsinin fəaliyyəti dayandırılıb. Nəzərə almaq lazımdır ki, İmamnazar-Akina sərhəd buraxılış məntəqəsindən Əfqanıstana, Azərbaycan və Türkmənistan neft məhsulları daxil olur”.
Yenisabah.az xəbər verir ki, bu sözləri neft məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib. Mütəxəssis bildirib ki, Əfqanıstanda baş verənlərlə əlaqədar “Özbəkistan dəmir yolları" QSC də Özbəkistanla Əfqanıstan arasında “Qələbə eksport” və “Termez eksport” stansiyalarının fəaliyyətinə ciddi məhdudiyyətlər qoyub:
Sərhəd məhdudiyyətinin tətbiqi isə Əfqanıstanda yanacaq qiymətlərinin artmasına səbəb olub. Bazar iştirakçılarının verdiyi məlumata görə, Əfqanıstanda hərbi - siyasi durumun gərginləşməsi eyni zamanda İranla sərhəddə yerləşən İslam Qala sərhəd-keçid məntəqəsinin fəaliyyətinə təsir edib. Belə ki, İran neft məhsulları, əsasən, bu məntəqə vasitəsilə Əfqanıstan bazarına daxil olur. 2018-ci ildən başlayaraq İran neft məhsulları Əfqanıstan yanacaq-sürtgü materialları bazarında əhəmiyyətli üstünlük əldə edib və bu iqtisadi təcrid altında olan İran neft sənayesi üçün əlavə bir nəfəslik idi. İran neft ixracında üzləşdiyi beynəlxalq problemlərlə bağlı özünün emal güclərinin gündəlik xammalla yüklənməsini 1,7 mln. bareldən 2,2 mln. barelə çatdıraraq ətraf ölkə bazarlarına neft məhsullarının ixracını əhəmiyyətli dərəcədə artırmışdı. Hətta vəziyyət o yerə çatdı ki, İran neft məhsulları artıq iki ildir ki, Ermənistanda Rusiya neft məhsullarını həm qiymət baxımından, həm də yükün çatdırılma müddəti baxımından əhəmiyyətli dərəcədə sıxışdırdı”. pizza mizza
Zəfər Vəliyev vurğulayıb ki, Əfqanıstanda vəziyyətin nəzarətdən çıxması həm Türkmənistan, həm Azərbaycan və həm də İran neft məhsullarının Əfqanıstana tədarükünü təhdid altına alacaq.
“1976-cı ildən Şimali Vəzirsatan vilayətindəki hərbi-dini hücrələrdə təlim almış minlərlə mücahidin sivil həyata qayıtması, kimlərinsə maraqlarına uyğun deyil. Deyəsən, terrora dəstək , insan hüquqları ilə bağlı standartlar dəyişir”,-deyə o əlavə edib.
Telegram kanalımız