Əfqanıstanın gələcək hökumətinin rəhbəri kim olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Əfqanıstanın gələcək hökumətinin rəhbəri kim olacaq?

Dünya

06 Sentyabr 2021 13:22 929


Əfqanıstanın gələcək hökumətinə Molla Məhəmməd Həsən Axund rəhbərlik edəcək.

Yenisabah.az xəbər verir ki, Pakistan mediasında bu barədə xəbərlər dolaşır.

İddialara görə, "Taliban"ın hökumətin elan edilməsi üçün bütün lazımi hazırlıqları başa çatıb, ancaq müəyyən səbəblərə görə təxirə salınıb. pizza sifarişi

"Taliban" rəsmiləri bu həftə bu mövzuya nöqtə qoymaq niyyətindədir. 

Digər iddiaya görə, "Taliban" lideri Heybətullah Axundzadə Molla Məhəmməd Həsən Axundu Əfqanıstan hökumətinin başçısı və ya baş naziri, Molla Bəradəri və Molla Əbdülsalamı isə müavinləri təyin edəcək.

Molla Məhəmməd Həsən Axund hazırda "Taliban"ın qərarverici orqanının üzvü və silahlı hərəkatın qurucularından biridir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!