Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 26 sentyabrda Əfqanıstanla sərhəddə bir özbək əsgərinin qəhrəmancasına öldüyünü elan edib.
Yenisabah.az AKİpress xəbər agentliyinə istinadla xəbər verir ki, Mirziyoyev bunu Namangan şəhərinin sakinləri ilə görüşündə bildirib:
“Dünən sərhədi qanunsuz keçmək cəhdi edildi. Narkotik alverçisi sərhədi keçməyə çalışdı... Bir əsgərimiz xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid oldu”. Dördpendirli pizza
O, ölən əsgərin bu şəhərdə doğulduğunu söyləyib.
Şavkat Mirziyoyev, lazım gələrsə, Özbəkistan ordusunun "sərhədi silahla müdafiə edəcəyini" vurğulayıb.
Eyni zamanda, o, rəsmi Daşkəndin sərhəd mühafizəsi mövzusunda mövqeyinin toxunulmazlığına və möhkəmliyinə əsaslandığına işarə edib.
Telegram kanalımız