Əfqanıstanla toqquşmada Pakistanın 23 hərbçisi həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Əfqanıstanla toqquşmada Pakistanın 23 hərbçisi həlak oldu

Dünya

12 Oktyabr 2025 15:55 346


Oktyabrın 11-də Əfqanıstan yaraqlılarının Pakistanla dövlət sərhədində törətdiyi təxribat nəticəsində həlak olanların və yaralananların sayı açıqlanıb.

"Report" "Daily Pakistan"a istinadən xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Əfqanıstan tərəfinin hücumu nəticəsində Pakistan ordusunun 23 hərbçisi həlak olub, 29 nəfər isə yaralanıb. Toyuqlu pizza

Nazirlik qarşı tərəfin itkilərinin sayının 200-dən çox olduğunu açıqlayıb. Bundan başqa, 21 mövqedə müvəqqəti nəzarət təmin olunduğu bildirilib.

Xatırladaq ki, oktyabrın 11-də Əfqanıstan yaraqlıları dövlət sərhədi boyunca Pakistan mövqelərinə hücum ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!