Əfsanəvi aktyor və arvadı evində ölü tapıldı - DƏHŞƏT

saytların hazırlanması

Evə çatdırılma

Əfsanəvi aktyor və arvadı evində ölü tapıldı - DƏHŞƏT

Şou

27 Fevral 2025 15:23 297


Əfsanəvi aktyor Cin Hekman və həyat yoldaşı Santa Fenin şimal-şərqindəki Santa Fe Summit bölgəsindəki evlərində ölü tapılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Santa Fe dairə şerifi Adan Mendoza məlumat yayıb.

Yerli mediada yayımlanan xəbərlərə görə, ölüm səbəbi barədə məlumat verilməsə də, cinayət ehtimalının olmadığı bildirilib. Dördpendirli pizza

Hackman yanvar ayının sonunda 95 yaşına çatmışdı. O, 2004-cü ildə "Welcome to Mooseport" adlı siyasi satirada Monroe "Eagle" Cole obrazını canlandırdıqdan sonra heç bir filmdə rol almamış və daha çox qapalı bir insan kimi tanınmışdı.

Aktor 1967-ci ildə "Bonnie and Clyde" filmində rol aldıqdan sonra ilk dəfə diqqət mərkəzinə düşmüş və "Superman", "The French Connection" və "Get Shorty" kimi bir neçə sevilən film və serialda çıxış etmişdi.

Aytac Şahin


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!