Əfv komissiyasında baxılacaq müraciətlərin sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Əfv komissiyasında baxılacaq müraciətlərin sayı açıqlandı

Hadisə

12 Mart 2021 16:35 698


Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası ümumilikdə 1000-dən artıq müraciətə baxacaq.

Yenisabah.az-ın məlumatına görə, komissiya bütün kateqoriyalardan olan müraciətlərə baxır. Mülkiyyət əleyhinə, sağlamlıq əleyhinə cinayətlər, iqtisadi cinayətlər, korrupsiya və rüşvətxorluqla bağlı cinayətlər, məişət zorakılığı ilə bağlı və digər cinayətlərlə bağlı müraciətlər, o cümlədən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə komissiya tərəfindən baxılır.

Qeyd edək ki, komissiyanın 8 iclası keçirilib və daxil olan yeni müraciətlərin 850-dən çoxuna baxılıb. Növbəti iclas martın 13-də keçiriləcək. pizza mizza

Komissiya iclaslarının gələn həftə yekunlaşdırılacağı və siyahının dövlət başçısına təqdim ediləcəyi nəzərdə tutulur. Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!