Əfv Məsələləri Komissiyasının iclası keçirilir

saytların hazırlanması

Evə çatdırılma

Əfv Məsələləri Komissiyasının iclası keçirilir

Maraqlı

24 Yanvar 2023 16:40 739


Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası başlayıb.

Yenisabah.az Trend-ə istinadla xəbər verir ki, iclasda əfvlə bağlı müraciətlərə baxılır.

Xatırladaq ki, Komissiyanın ötən iki iclasında 200-dən artıq müraciətə baxılmışdı. pizza

Azərbaycanda ötən il imzalanan sonuncu əfv sərəncamına əsasən ümumilikdə 213 nəfər əfv edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!