Əfv olunmuş şəxslərin heç biri təkrar cinayət törətməyib? - Zahid Oruca şübhə edənlər var

saytların hazırlanması

Evə çatdırılma

Əfv olunmuş şəxslərin heç biri təkrar cinayət törətməyib? - Zahid Oruca şübhə edənlər var

Sosial

26 May 2025 16:50 681


“Belə bir statistika ilə bağlı araşdırma aparmamışıq. Amma hardasa əfv olunmuş şəxslərin təkrar cinayət törətməməsi fikrini birmənalı olaraq qəbul etmək olmaz”. 

Bunu Yeni Sabah"a hüquq müdafiəçisi Səadət Bənənyarlı bildirib.

Digər hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı qeyd edib ki, Zahid Orucun fikri ilə razı deyil:  pizza sifarişi

“Belə bir statistikanı kim aparıb? Mənim Zahid Oruca hörmətim var, amma bu fikri ilə razı deyiləm. Ümumiyyətlə, belə bir proqram yoxdur ki, həbsdən azad edilənlərin işlə təmin edilməsi, yaxud yenidən cinayət törətməsi məlum olsun. Amma bu o demək deyil ki, onların içərisində yenidən həbsə qayıdanlar olmasın. Əgər bir məhbus əfv olunub və yenidən cinayət törədibsə, bu, birbaşa Əfv Komissiyasının səhvidir”.

Xatırladaq ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Zahid Oruc bildirib ki, indiyədək 70-dək əfv sərəncamı imzalanıb. O qeyd edib ki, indiyədək əfv sərəncamları ilə azadlığa çıxmış 9 min nəfərə yaxın şəxsin heç biri növbəti dəfə cinayət törətməyib. 

Sosial şəbəkələrdə bu iddia müzakirə mövzusu olub. Bir çox şəbəkə istifadəçisi Zahid Orucun fikrini qəbul etməyib və ya iddiaya şübhə ilə yanaşıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!