Əfvlə bağlı sərəncam nə vaxt veriləcək? - “Gələn həftə, mayın...”

saytların hazırlanması

Evə çatdırılma

Əfvlə bağlı sərəncam nə vaxt veriləcək? - “Gələn həftə, mayın...”

Siyasət

22 May 2025 14:33 720


Mayın 16-da Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün sayca 7-ci iclası keçirilib. Bu, komissiyanın sayca sonuncu iclası olub. Müsbət rəy verilənlərin siyahısı artıq dövlət başçısına təqdim edilib. İndi isə hər kəs əfvlə bağlı sərəncamın hansı tarixdə veriləcəyini gözləyir.

övzu ilə bağlı "Yeni Sabah"a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, əfvlə bağlı sərəncamın mayın 28-i və ya 29-u elan ediləcəyi gözlənilir:

“Biz, həmişəki kimi, öz siyahımızı vermişik, çox adamın adını yazmışıq. Amma bilirsiniz ki, hər şey komissiyadan və Prezidentdən asılıdır. Toyuqlu pizza

Çox istəyərdik ki, yazdığımız adamların hamısı azadlığa çıxsın. Ən əsası da siyasi motivlərlə həbsdə olanlar. Çox adam zəng vurur, soruşur. Ümidlərimiz böyükdür. Əfvlə bağlı sərəncam gələn həftə, mayın 28-i və ya 29-u verilə bilər”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!