“Əgər Əli İnsanovun hər hansı problemi varsa…”

saytların hazırlanması

Evə çatdırılma

“Əgər Əli İnsanovun hər hansı problemi varsa…”

Siyasət

12 Aprel 2019 01:00 1126


“Əli İnsanov YAP sıralarından xaric olunub”.

Bu sözləri deputat, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov musavat.com-un canlı yayım verilişi zamanı səsləndirib.

Onun sözlərinə görə, əgər Ə.İnsanovun hər hansı problemi varsa, partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasına müraciət edə bilər: “Hər hansı verilən bəyanat, emosional şəkildə səsləndirilən fikirlər ciddi şəkildə düşünülməlidir. Əli İnsanov da bunu ciddi şəkildə düşünməlidir. Tarixi saxtalaşdırmaq olmaz. İstənilən mətbuat orqanında da, youtube-da da onun müxalifət nümayəndəsinə, beynəlxalq təşkilatlara, xarici dövlətlərə qarşı dediyi fikirlər öz əksini tapıb. O cümlədən, jurnalistlərin bilavasitə təhqir olunması da buna aiddir. İnsan öz əməlini heç vaxt dana bilməz. Çoxları deyir ki, belə bir şey olmayıb. Ayrı-ayrı xarici radiolardan çıxış edirlər, tamamilə ağ yalan danışırlar. Konkret hər bir məsələ ilə bağlı kifayət qədər fakt var”. Sezar pizza

S.Novruzov eyni zamanda bildirib ki, YAP İlham Əliyevin sədrliyi altında inkişaf edir. Kimsə Azərbaycan dövlətçiliyinə, Azərbaycan prezidentinin siyasətinə qarşı qərəzli addım atacaqsa, qarşısında YAP-ı görəcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!