Pakistan deyib ki, əgər İsrail nüvə bombası atsa, biz də onların üzərinə nüvə bombası atacağıq.
Yenisabah.az entekhab-a istinadla xəbər verir ki, bunu İranın Məsləhət Şurasının üzvü Möhsün Rezayi bildirib.
Dövlət televiziyasına müsahibəsində sabiq "Sepah" rəsmisi qeyd edib: "Bütün ərəb ölkələri zəng edib İranı dəstəklədiklərini bildiriblər. İraq bilməlidir ki, bizdən sonra növbə onlarındır. Son bir neçə gündə bütün ərəb ölkələri zəng edib dedilər ki, biz sizi dəstəkləyirik. Pakistan deyib ki, əgər İsrail nüvə bombası atsa, biz də onların üzərinə nüvə bombası atacağıq". Pepperoni pizza
Xatırladaq ki, bu saxta iddianın mənbəyi İsrailin "Chnnel 10" telekanlına aid olduğu güman edilən etibarsız istifadəçi hesablarıdır. Nə "Channel 10"-da, nə də heç bir digər etibarlı İsrail, Pakistan və ya beynəlxalq mediada belə bir bir xəbər yoxdur.
Telegram kanalımız