“Vətəndaşlar son günlər tibbi maskalardan daha çox istifadə edirlər. Bu, qapalı şəraitdə mütləqdir”.
Yenisabah.az xəbər verir ki, bu sözləri ölkə başçısı İlham Əliyev modul tipli xəstəxanaların açılışında söyləyib. Ölkə başçısının çıxışında bu məsələyə toxunması təsadüfi deyil.
Koronavirus pandemiyasının ilk günlərində tibbi maskadan istifadə ilə bağlı müyyən problemlər var idi. İnfeksiyayaya yoluxmanın kütləvi hal almaması üçün hökumət bu yöndə təcili tədbirlər gördü və nəticədə tibbi maska istehal edən müəssisə yaradıldı. Beləliklə, maska qıtlığı aradan qalxdı. Pepperoni pizza
Lakin bununla belə, bəzi vətəndaşlar tibbi maskadan istifadə etmir. Bunun müxtəlif səbəblərlə izah edirlər. Kimi nəfəs ala bilmədiyini, kimi koronavirusa inanmadığını, kimisə maska ilə virusdan qorunmağın mümkün olmadığını bildirir.
Tibb mütəxəssisləri isə deyilənləri sadəcə bəhanə hesab edir. Onların sözlərinə görə, tibbi maska virusa yoluxma riskini minimuma endirən vasitələrdən biridir. Məhz maska nəticəsində hava ilə yayılan virusun ağız boşluğuna daxil olmasının qarşısı alınır. Mütəxəssislər hesab edir ki, vətəndaşlar bu məsələyə məsuliyyətli yanaşmalıdırlar.
Modul tipli xəstəxanaların açılışında Prezidentin bu mövzuya toxunmasını zərurətə çevirən əsas səbəb də bəzi vətəndaşların tibbi maska taxmaması ilə bağlıdır. İlk baxışda bu adi problem kimi görünə bilər. Lakin bir vətəndaşın tibbi maskadan istifadə etməməsi yüzlərlə insanın virusa yoluxma ehtimalını artırır. Nəzərə alsaq ki, koronavirusa simptomsuz yoluxma faktla da var o zaman mənzərə tam aydınlaşır. Yəni, ola bilər ki, tibbi maskadan istifadə etməyən hansısa vətəndaş virus daşıyıcısıdır. Lakin özünün bundan xəbəri yoxdur. O, xətəliyi simptomsuz keçirir. İndi təsəvvür edək ki, həmin vətəndaş insanların gur olduğu yerlərə, yaxud qapalı məkanlara gedir.
İlham Əliyev tibbi maskadan istifadənin mütləq olduğunu öz şəxsi nümunəsində də göstərib. O xəstəxanaların açılışında tibbi maskadan istifadə edib, eyni zamanda sosial məsafəyə riayət edib.
Ölkə başçısı göstərib ki, bu məsələdə heç kim xüsusi imtiyaz sahibi deyil. Çünki koronavirus pandemiyası fərdi təhlükə yox, bəşəriyyəti təhdid edən bəladır. Ona görə də hər kəs bu bəlaya qarşı mübarizədə fəal olmalıdır. Mübarizənin yollarından biri və ən əsası da qaydalara riayət etməkdir.
Telegram kanalımız