“Əgər Ramiz Mehdiyev dövlətə meydan oxuyursa...” – Abid Şərifovdan sərt açıqlama 

saytların hazırlanması

Evə çatdırılma

“Əgər Ramiz Mehdiyev dövlətə meydan oxuyursa...” – Abid Şərifovdan sərt açıqlama 

Siyasət

25 Avqust 2020 10:38 3716


Azərbaycanın Baş Nazirinin sabiq müavini Abid Şərifov AMEA prezidenti Ramiz Mehdiyevin karantin qaydalarını kobud şəkildə pozaraq nəvəsinə toy mərasimi təşkil etməsindən danışıb. 

“Yeni Sabah” xəbər verir ki, Abid Şərifov Demokrat.az-a açıqlamasında bildirib ki, qanun hər kəs üçün eynidir, kiməsə əlavə üstünlük verilməyib:

"Mən hazırda xəstəyəm, xəstəxanadayam, baş verən hadisələrdən məlumatsızam. Ancaq dövləti qorumaq lazımdır. Bu dövlətin qanunları hər kəs üçün bərabərdir. Allah dövlətimizi qorusun, ölkəmizdə hər zaman sabitlik olsun".    pizza sifarişi

Abid Şərifov qeyd edib ki, Ramiz Mehdiyev dövlətə meydan oxuyursa, o zaman müvafiq qurumlar hərəkətə keçməlidirlər:

"Əgər Ramiz Mehdiyev dövlətə meydan oxuyursa, qoy müvafiq qurumlar lazımı addımlar atsın. Bunun üçün Azərbaycan hökumətinin müvafiq qurumları və şəxsləri, o cümlədən Prezident Administrasiyası, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi var. Hesab edirəm ki, hüquq-mühafizə orqanları Ramiz Mehdiyevlə bağlı qanun çərçivəsində öz sözlərini deməlidirlər". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!