Əhalini bürokratiyadan xilas edən sistem 

saytların hazırlanması

Evə çatdırılma

Əhalini bürokratiyadan xilas edən sistem 

Sosial

11 Dekabr 2019 15:58 1000


Bu gün Azərbaycan hakimiyyətinin ən uğurlu işlərindən biri Prezident Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan ASAN Xidmət mərkəzlərinin yaradılmasıdır. 

2012-ci il iyulun 13-də yaradılan bu agentlik vətəndaşları bürokratik əngəllərdən xeyli dərəcədə xilas edib. Lakin müşahidələr göstərir ki, vətəndaşlar hələ də bu qurumun fəaliyyət istiqamətləri barədə müfəssəl bilgiyə malik deyillər və belə düşünənlər var ki, "ASAN Xidmət" mərkəzlərinin xidmətləri bir neçə bürokratik prosedurun bəsit şəkildə həyata keçirilməsilə ilə məhdudlaşır. Halbuki buraya xidmət mərkəzlərində dövlət orqanları əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir. 

Hazırda ölkədə 20-yə yaxın  ASAN Xidmət fəaliyyət göstərir. Bundan başqa, iki ASAN kommunal xidmət mərkəzi, bir ASAN qatar və 10 səyyar avtobus fəaliyyət göstərir. ASAN Xidmət mərkəzləri ölkənin 75,5 faizini əhatə edir. İndiyədək 35 milyondan artıq insan bu xidmətin fəaliyyətindən yararlanıb. İlk illərdə ASAN Xidmət 23 sahə üzrə xidmət göstərirdisə, hazırda bu xidmətlərin sayı 35 civarındadır.  Bundan əlavə olaraq müxtəlif layihələrdə həyata keçirir. Dominos pizza

Bu xidmətlərdən biri də ASAN imzadır. Asan imzanın əsas  hədəfi vətəndaşın məsafədən, vaxt itkisinə yol vermədən,  hansısa dövlət və ya özəl quruma getmədən məsafədən işlərini görməkdir. 

Azərbaycanda «E-hökumət»dən mobil hökumətə keçid strategiyasının ən mühüm vasitəsi olan «ASAN imza» müasir dövlət quruculuğunun innovativ platformasıdır. 2013-cü il mayın 1-dən tətbiq olunan «ASAN imza» Vergilər Nazirliyi və ölkədə fəaliyyət göstərən mobil operator tərəfindən verilən, elektron xidmət istifadəçisinin identifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini təmin edən elektron xidmətdir. «ASAN imza» mövcud e-xidmətlərin hər birindən istifadəni mümkün edir.

Fiziki və hüquqi şəxslər SİM kartı əldə etmək üçün əvvəlcə ASAN xidmət mərkəzlərində fəaliyyət göstərən «Azercell», «Bakcell» və «Nar» şirkətlərinin Müştəri xidmətləri mərkəzlərinə müraciət etməlidirlər. Həmin kartı mobil operatorların öz ofis və müştəri xidmətlərindən də almaq mümkündür. Müraciət edən şəxsə verilmiş SİM kartın üzərində ASAN imza PİN kodu çap olunur, həmin kod kartın alt qatında gizlədilir.

Sonra vətəndaşlar elektron imza sertifikatlarını aktivləşdirmək üçün Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət etməlidirlər. Ərizə və digər sənədlərin formaları ilə ASXM-in saytının sənədlər bölməsində tanış olmaq mümkündür.

Ərizə doldurulduqdan sonra ASXM-də təsdiqlənir və məlumat sistemə daxil edilir. Bu prosesin növbəti mərhələsi ASXM-in qeydiyyat operatoru vasitəsilə «ASAN imza»nın müqavilə formasının çap olunmasıdır. Müqavilə formasını imzalamaqla vətəndaşlar «ASAN imza» xidmətinin şərtlərini qəbul edir və sertifikatları təsdiqləyirlər. Beləliklə, sertifikatlar aktivləşdirilir və vətəndaşlar üçün «ASAN imza» xidmətlərindən istifadə etmək mümkünləşir.

 «Asan İmza» sertifikatlarının üç növü vardır: fiziki şəxslər (vətəndaşlar) üçün elektron imza sertifikatları, hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün elektron imza sertifikatları və dövlət qulluqçuları üçün elektron imza sertifikatları. «ASAN imza» sertifikatları 3 il ərzində etibarlı hesab olunur.

İstifadəçi «ASAN imza» üzrə xidmətləri dayandırmaq istədikdə sertifikatı ləğv etməlidir. Bu halda ASXM-ə gedərək sertifikatın ləğvi ilə bağlı ərizə formasını imzalamaq lazım gəlir və bundan sonra sertifikat ləğv olunur.

«ASAN imza» «E-hökumət»in ən yaxşı modeli kimi elektron xidmətlərin genişlənməsinə, biznesin inkişafına, yerli və xarici sahibkarların qeydiyyatının və fəaliyyətinin asanlaşmasına kömək edir. «ASAN imza»nın tətbiqi ilə hüquqi şəxsin onlayn qeydiyyatı prosesinə sərf edilən müddət bir neçə dəfə azalır. 

«ASAN imza» mobil elektron imza xidmətinin Hökumət Ödəniş Portalına inteqrasiya edilməsi və vətəndaşların portal vasitəsilə ödənişləri rahat şəkildə həyata keçirməsi (vergilər və digər dövlət rüsumları, ipoteka ödəniş¬ləri, kommunal və rabitə xidmətləri və s.) nağdsız ödənişlərin stimullaşdırılmasında mühüm bir vasitə oldu. Növbəti illərdə xidmətlər üzrə rüsumlara görə ödənişlərin real vaxt rejimində elektron formada qəbulunun təmin edilməsi, kommunal və digər xidmət müəssisələri üzrə ödənişlərin aparılması imkanlarının yaradılması, büdcə ödənişlərinin həyata keçirilməsi iqtisadiyyatda nağdsız ödənişlərin həcminin artırılmasına imkan yaradıb.

«ASAN imza» Azərbaycanın ixrac potensialının artırılmasında biznes üçün səmərəli vasitəyə çevrilməkdədir. 

Bu xidmət ixrac olunan məhsulların istehsalçıları ilə dünyanın nüfuzlu biznes nümayəndələri arasında elektron ticarət mübadiləsinin yaradılmasına töhfə verə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!