Əhalinin banklara nə qədər kredit borcu var? - Açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Əhalinin banklara nə qədər kredit borcu var? - Açıqlandı

İqtisadiyyat

15 Aprel 2024 18:37 1756


2024-cü il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 24629,1 milyon manat təşkil edib, onun 20615,8 milyon manatı uzunmüddətli kreditlər olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Qeyd edilib ki, 2024-cü il mart ayının 1-nə ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 1,9 faizini təşkil edib. Marqarita pizza

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2024-cü il mart ayının 1-nə 13267,2 milyon manat olub.

2024-cü ilin yanvar-mart aylarında manatın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata bərabər olub. 1 Avro – 1,85 manat, 100 Türk lirəsi – 5,50 manat, 100 Rusiya rublu- 1,87 manat təşkil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!