Əhalinin NƏZƏRİNƏ - 107 avtobusa bu qurğular quraşdırılır

saytların hazırlanması

Evə çatdırılma

Əhalinin NƏZƏRİNƏ - 107 avtobusa bu qurğular quraşdırılır

Sosial

04 Avqust 2025 16:20 336


"Əlilliyi olan şəxslərin istifadəsi ücün pandusla təchiz edilmiş 1200-dən artıq avtobus müxtəlif marşrutlar üzrə istismar olunur. Bu sayın artırılması və bu cür imkanları olan avtobusların istismara buraxılması istiqamətində işlər aparılır". 

Yenisabah.az xəbər verir ki, bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətindən bildirilib. 

Qeyd olunub ki, həmçinin 1054 avtobusda dayanacaqların səsləndirilməsini həyata keçirən qurğu mövcuddur. Hazırda səsləndirmə həyata keçirilən avtobus sayının artırılması istiqamətində texniki və digər zəruri işlər görülür.  pizza sifarişi

"Daşıyıcılar tərəfindən yeni gətirilən daha 107 avtobusda səslənmənin təmin edilməsi istiqamətində əlavə qurğuların quraşdırılması ilə bağlı texniki işlər aparılır. Müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı təşkil edilən müsabiqələr zamanı da sağlamlıq imkanları məhdud vətəndaşların avtobuslara rahat minib-düşmələri üçün xüsusi qurğu və avadanlıqla təchiz olunan nəqliyyat vasitələrinə üstünlük verilir", - deyə məlumatda vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!